Mübariz Mənsimov Tovuz istiqamətindəki döyüşlərdən yazdı

14 İyul 2020 12:02 Qalmaqal 9 531
Mübariz Mənsimov Tovuz istiqamətindəki döyüşlərdən yazdı

“Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdən yazıb.

Sportinfo.az xəbər verir ki, onun sosial şəbəkədəki hesabında bu barədə qeyd olunub:

“Üzücü xəbər aldım. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Azərbaycanın 4 hərbçisi şəhid olub, 4-ü də yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Yaralılara da Allahdan şəfa diləyirəm.

Şəhidlərimizin məkanı cənnətdir. Vətən üçün yaşayıb, vətən üçün öldünüz. Siz qəlblərə həkk olunsunuz. Tanrı Azərbaycan Ordusunu müzəffər etsin!”

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”