Kobi Brayantın helikopter qəzasında ölümünün TƏFƏRRÜATLARI - VİDEO

27 Yanvar 2020 12:18 Qalmaqal 1 328
Kobi Brayantın helikopter qəzasında ölümünün TƏFƏRRÜATLARI - VİDEO

Dünən gecə idman dünyasını yasa bürüyən əfsanəvi basketbolçu Kobi Brayantın həlak olması ilə nəticələnən helikopter qəzasının təfərrüatları məlum olub.

Sportinfo.az TMZ nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı keçmiş basketbolçunu aparan "Sikorsky S-76" tipli helikopter Kaliforniyada güclü dumana görə qəzaya düşüb. Pilot güclü dumana görə 15 dəqiqə havada dövrə vurmalı olub. İddiaya görə, qəzada pilot böyük səhvə yol verib.

09:30-da "Börbank" hava limanından qalxan helikopterin pilotu 15 dəqiqə havada dövr edib. Dumana görə önünü görməyən pilot qərbə doğru istiqamətlənib. 09:40-da daha da güclü dumanla rastlaşan pilot cənuba istiqamət alıb. Bu isə çox ciddi həmlə sayılır. Çünki cənub istiqamətdə dağ var imiş. Bu dönüş zamanı helikopter 356 metrdən 609 metrə qədər havaya qalxıb. Hündürlüyün çox qalxmasının qəzaya əsas səbəb olduğu deyilir.

Saat 09:45-də 518 metr hündürlükdən 218 km/saat sürətlə dağa çırpılan helikopterdən sağ qurtulan olmayıb. Los-Anceles polisi helikopterdə olan 9 nəfərin vəfat etdiyini açıqlayıb. Brayantın 13 yaşlı qızı Cianna da dünyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti