4 penalti verdi, futboldan ömürlük qovuldu - VİDEO

26 Dekabr 2019 14:22 Qalmaqal 1 690
4 penalti verdi, futboldan ömürlük qovuldu - VİDEO

Mərakeş Futbol Federasiyası Hişəm Tiazini futboldan ömürlük kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı referinin ömürlük qovulmasına Super Liqanın 10-cu turunun "Olimpik Huribqa" - "Yussufiyə Berreşid" görüşündə 4 şübhəli penalti təyin etməsi səbəb olub.

Tiazi əvvəlcə qonaqların lehinə şübhəli penalti verib. "Berreşid" komandası hesabı açandan sonra hakim qonaq komandaın qapısına ardıcıl 3 penalti təyin edib. Meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatan qalmaqallı qarşılaşmanın hakimliyi Mərakeş Futbol Federasiyasında şübhə doğurub.

Dekabrın 21-də keçirilmiş görüşü araşdıran qurum Tiazinin ömürlük futboldan uzaqlaşdırılmasına qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"