Klub prezidenti və baş məşqçi hakimi söydü - AZƏRBAYCANDA

25 Dekabr 2019 15:30 Qalmaqal 1 292
Klub prezidenti və baş məşqçi hakimi söydü - AZƏRBAYCANDA

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasının son turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.

Sportinfo.az xəbər verir ki, "Şəki” – “Energetik” matçı başa çatdıqdan sonra qonaq klubun rəhbəri Ruslan Həmidov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.

"Ərkivan” (Masallı) – “TST Astara” matçının 68-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Aqşin Həşimov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

“Babək” – “Dübəndi” matçının 75-ci dəqiqəsində “Babək” klubunun baş məşqçisi Rauf Əliyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib