Baş məşqçi oyuna girib futbolçu ilə dalaşdı - VİDEO

24 Dekabr 2019 14:18 Qalmaqal 1 484
Baş məşqçi oyuna girib futbolçu ilə dalaşdı - VİDEO

İtaliya A Seriyasının son turunda keçirilən "Leççe" - "Bolonya" oyununda (2:3) xoşagəlməz hadisə baş verib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, epizodların birində qonaq komandanın yarımmüdafiəçisi Qari Medel rəqib futbolçu ilə mübahisə etməyə başlayıb. Bu vaxt "Bolonya"nın baş məşqçisi Sinişa Mixayloviç meydançaya daxil olaraq, oyunçusuna sərt şəkildə öz iradını bildirib.

Çilili futbolçu da öz növbəsində çalışdırıcısına cavab qaytarıb. Nəticədə baş məşqçi ilə futbolçu arasında mübahisə düşüb. Əvvəlcə bir-birinə qışqıran tərəflər daha sonra əlbəyaxa olublar. Yalnız digər futbolçuların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"