Premyer Liqa klubundan irqçiliklə bağlı sərt qərar

24 Dekabr 2019 13:50 Qalmaqal 429
Premyer Liqa klubundan irqçiliklə bağlı sərt qərar

"Tottenhem" Premyer Liqanın XVII turunun "Çelsi" ilə oyununda (0:2) rəqib komandanın müdafiəçisi Antonio Rudigerə qarşı irqçilik edən yerli azarkeşlərlə bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, bu cür halları pisləyən London klubu həmin hərəkətə yol verənlərin ən sərt şəkildə cəzalanacağını bildirib:

"Hər bir azarkeşi kameraların köməkliyi ilə izləyə bilirik. Videomüşahidə üçün xeyli vaxt sərf etdik. Məsələni aydınlaşdırmaq üçün insanların dodaq hərəkətlərinə fikir verdik və əlavə məlumatlar üçün "Çelsi" nümayəndələri ilə əlaqə saxladıq. Matçda iştirak edən digər tərəflərin açıqlamalarını da götürdük. Polislər araşdırma zamanı bizə kömək edəcəklər. Əmin olun ki, biz məsələni dəqqətlə araşdıracağıq.

Klubumuz bütün yarışlarda irqçiliklə mübarizə təcrübəsi ilə fəxr edir. Günahı təsdiqlənən istənilən fanata ömürlük qadağa qoyulacaq. İndiki məqamda isə araşdırmamız hələ başa çatmayıb".

Qeyd edək ki, sözügedən matçda bəzi "Tottenhem" azarkeşləri Rudiger haqda irqçi şüarlar səsləndiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı