Qəza daha bir futbolçunun həyatına son qoydu - FOTO

23 Dekabr 2019 14:50 Qalmaqal 1 284
Qəza daha bir futbolçunun həyatına son qoydu - FOTO

Avtomobil qəzası dünya futbolunda daha bir gəncin həyatına son qoyub.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı ekvadorlu müdafiəçi Edison Realpe avtoqəza nəticəsində həyatını itirib.

Ekvadorun ən məşhur klublarından "LDU Kito"nun futbolçusunun idarə etdiyi "Toyota" markalı avtomobil qarşı tərəfdən hərəkət edən nəqliyyat vasitəsilə toqquşub. 2018-ci ildə ölkə çempionu olmuş Realpe hadisə yerində dünyasını dəyişib.

Realpe iki dəfə Ekvador yığmasının (U-21) formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib