"Zirə"nin legionerini soyan azyaşlı qızlar saxlanıldı

21 Dekabr 2019 12:23 Qalmaqal 1 504
"Zirə"nin legionerini soyan azyaşlı qızlar saxlanıldı

Dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulqabının oğurlanmasını bildirib.

Sportinfo.az xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mfo Kqasvane "Zirə" klubunun oyunçusudur. Futbolçunun soyğunçuluğa məruz qalması ilə bağlı ilk xəbəri Sportinfo.az saytı yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!