Rəhim Həsənov "Səbail"in futbolçularından üzr istəyib?

20 Dekabr 2019 18:15 Qalmaqal 845
Rəhim Həsənov "Səbail"in futbolçularından üzr istəyib?

Dünən baş tutan “Zirə” – “Səbail” oyununda nəticəyə təsir edən səhvə yol vermiş Rəhim Həsənov peşmandır. FIFA referisi matçın sonlarında qonaqların vurduğu qolu hesaba almamasının yanlış olduğunu başa düşüb.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, matç bitincə, “Səbail”in futbolçularına səhv qərar verdiyini etiraf edən baş hakim onlardan üzr istəyib.

İndi Rəhim haqda AFFA-nın hansı ölçü götürəcəyi maraqlıdır. Onsuz da bu cür səhvlərinə görə az təyinat alan hakimin “qələminin qırılma” ehtimalı böyükdür. Lakin iş ondadır ki, Həsənovun adı yaxınlarda yenidən FIFA referiliyinə namizəd kimi göndərilib və qəbul olunub.

Məlumatı dəqiqləşdirmək üçün Həsənovun özü ilə əlaqə saxladıq. Ancaq referi qərara görə heç kimdən üzr istəmədiyini bildirdi: "Oyun haqda danışmağa bizə icazə verilmir. Digər məsələyə gəlincə, bu, tamamilə yalan məlumatdır. Belə bir şey olmayıb".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"