İsrafilovun komanda yoldaşı: "Artıq təhqirlərdən bezmişəm"

20 Dekabr 2019 16:33 Qalmaqal 586
İsrafilovun komanda yoldaşı:

"Albasete"nin hücumçusu Roman Zozulya Sequndanın 19-cu turunun "Rayo Valyekano"ilə səfər görüşündə yaşanan xoşagəlməz hadisəyə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, nasist şüarları ilə söyülən ukraynalı forvard azarkeşlərin təhqirindən bezdiyini dilə gətirib.

"Anlaya bilmirəm ki, məni niyə söyürlər? Hər zaman hamı ilə münasibətlərim yaxşı olub. Mənim ən yaxın dostlarımdan biri keçmiş komanda yoldaşım Jeremi Bela (hazırda "Birmingem"də çıxış edən qaradərili hücumçu-red) olubsa, məni necə nasist adlandıra bilərlər? Bilirəm, bu məsələdə çoxları məni dəstəkləyir. Hətta Ukrayna prezidenti Pyotr Zelenski də mənə dəstək nümayiş etdirib. Bütün Ukrayna xalqına minnətdaram. İspaniyanı da sevirəm, bura mənim ikinci evimdir. Heç vaxt insanlar arasında dini-irqi fərq qoymamışam. Ancaq artıq çox bezmişəm, yorulmuşam təhqirlərdən. Buna bir son vermək lazımdır. Klub rəhbərliyi ilə görüşəcəm, yəqin ki, ortaq bir məxrəcə gələcəyik".

"Albasete" "Rayo Valyekano" ilə ötən həftə oynanılmalı olan matçın ilk hissəsində azarkeşlərin təhqirlərinə məruz qalan 30 yaşlı futbolçuya dəstək olaraq fasilədən sonra meydana çıxmaqdan imtina edib, baş hakim qarşılaşmanı yarımçıq dayandırıb. Millimizin yarımmüdafiəçisi Eddi İsrafilov isə artıq fasiləyə qədər - 45+4-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Digər Xəbərlər
Xəbər Lenti