Mustafa Çulcu "Sportinfo"ya danışdı: "Təmiz qoldur, hakim səhv edib" - VİDEO

20 Dekabr 2019 11:20 Qalmaqal 1 597
Mustafa Çulcu "Sportinfo"ya danışdı: "Təmiz qoldur, hakim səhv edib" - VİDEO

Türkiyə Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində dünən keçirilən "Zirə" - "Səbail" oyunundakı (1:0) mübahisəli və sayılmayan qol epizodunu şərh edib.

Sportinfo.az-a danışan keçmiş FİFA referisi qonaq komandanın müdafiəçisi Adil Nağıyevin ayağına dəyib rəqib qapısına daxil olan qolun qaydalar çərçivəsində vurulduğunu bildirib. Çulcu həmin epizodda hər hansı qayda pozuntusunun olmadığını və hakimin yanlış qərar verdiyini söyləyib:

"Epizoda baxanda da görünür ki, qapıçı topu oyuna daxil edərkən artıq hərəkətini başa vurmuşdu. Topa toxunan rəqib oyunçu cərimə meydançasından kənardadır və müdaxilə etmək hüququ var. Ayağını uzadır və qapıçının topla əlaqəsi kəsildikdən sonra ona toxunur. Yəni, cərimə meydançasından kənarda dayanan futbolçu qolkiperə mane olacaq hərəkət etmir.

Qaydalarda "qapıçı topu oyuna daxil edərkən rəqib futbolçu ondan hansısa məsafədə durmalıdır" kimi bir bənd yoxdur. Əgər həmin top öz oyunçusuna dəyib qapıya daxil olsaydı, hakim yenə qolu hesaba almayacaqdı? Təbii ki, yox, qolu sayacaqdı. Həmin epizodda rəqib oyunçu da qaydalar çərçivəsində oynayır. Təmiz qoldur, hakim səhv qərar verib.

Əgər topa toxunan futbolçu bunu qapıçı hərəkətini tamamlamamış etsəydi, qol hesaba alınmaya bilərdi".

Qeyd edək ki, görüşün 122-ci dəqiqəsində "Zirə"nin qapıçısı Orxan Sadıqlı topu oyuna daxil edərkən Adil Nağıyev qaydalar çərçivəsində qol vursa da, baş hakim Rəhim Həsənov bunu qeydə almayıb.

Digər Xəbərlər
Xəbər Lenti