"Zirə"li soyğunçuluq haqda: "Qarşımda diz çöküb pul istədilər"

19 Dekabr 2019 20:08 Qalmaqal 880
"Zirə"li soyğunçuluq haqda:

“Zirə”nin futbolçusu Mfo Kqasvanenin Bakının Səbail rayonunda dilənçilər tərəfindən qarət olunması xəbərimiz təsdiqini tapıb. Sportinfo.az xəbər vermişdi ki, 25 yaşlı botsvanalı futbolçunun cibindən 500 dollar və 15 manat pul oğurlanıb.

Bu barədə "qafqazinfo"ya açıqlama verən Kqasvane hadisə barədə danışıb: “Belə bir hadisə baş verib. Mənə yaxınlaşıb qarşımda diz çökdülər və pul istədilər. Sonra necə oldusa, pul qabımı oğurlayıblar. Bundan heç xəbərim də olmayıb. Polisə şikayət etmişik, amma oğrular hələ tapılmayıb”.

Faktla bağlı 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu