ŞOK! Sabiq "Kəpəz"li forvard avto-qəzada öldü - FOTO

19 Dekabr 2019 19:08 Qalmaqal 1 522
ŞOK! Sabiq "Kəpəz"li forvard avto-qəzada öldü - FOTO

"Kəpəz"in sabiq vingeri Şadon Vinçester yol qəzasında həyatını itirib.

Sportinfo.az-ın məlumatına görə, 2017/2018-ci illər mövsümündə icarə əsasında Gəncə klubunun heyətində 8 oyunda meydana çıxmış 27 yaşlı tirindad və tobaqolu futbolçu Qasparilyo şəhəri yaxınlığında avto-qəzaya düşüb.

İşıq dirəyinə çırpılan Vinçesterin avtomobili yararsız hala düşdükdən sonra yanmağa başlayıb. Onunla yanaşı, avtomobildə olan daha 3 nəfər dünyasını dəyişib.

Vinçester son olaraq Finlandiyanın SJK klubunda icarə əsasında çıxış edib. O, 2010-cu ildən Trinidad və Tobaqo yığmasında forma geyinirdi. Millidə 23 oyuna 6 qol vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti