Barselonada ara qarışdı, 50-yə yaxın yaralı var - VİDEO

19 Dekabr 2019 11:41 Qalmaqal 636
Barselonada ara qarışdı, 50-yə yaxın yaralı var - VİDEO

İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış və dünən keçirilmiş "Barselona" - "Real" (0:0) görüşündən sonra xoşagəlməz hadisələr yaşanıb.

Sportinfo.az xəbər verir ki, azarkeşlərlə polislər arasında kütləvi dava qeydə alınıb.

50-dən çox azarkeşin xəsarət aldığı qarşıdurma zamanı fanatlar stadion ətrafında bir çox obyektlərin şüşələrini sındırıb, yandırıblar. İspaniya mətbuatının yazdığına görə, gərginliyə əsas səbəb kataloniyalı azarkeşlərin müstəqillik istəməsi ilə bağlı şüarlar səsləndirməsi olub.

Polis rezin güllədən istifadə edərək iğtişaşın qarşısını ala bilib. Yaralananlar arasında jurnalistin də olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti