Musayev hakimi niyə söyüb? - "Dözə bilmədim..."

18 Dekabr 2019 18:02 Qalmaqal 1 743
Musayev hakimi niyə söyüb? -

AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan "Qarabağ"ın U-19 komandasının baş məşqçisi Samir Musayev qərara münasibət bildirib. Sportinfo.az-a danışan mütəxəssis səhv etdiyini etiraf etsə də, hakimi söymədiyini deyib:

"Qərardan xəbərim var. Aqressiv danışmağımın səbəbi hakimin yanlış qərarı idi. Dözmədim, bir az qışqırdım. Sonradan səhv etdiyimi başa düşdüm. Hakimə qışqırdığıma görə mənə qırmızı vərəqə göstərdi.

Hadisə 3-4 gün öncə olub. 0:1 hesabı ilə uduzurduq. Futbolçumuza heç nədən ikinci sarı vərəqəni verib, meydandan qovdu. Bu cür "sarı" dünya futbolunda yoxdur. Hakim-inspektora yaxınlaşdım, o da səhv qərar olduğunu dedi.

Hətta rəqib komandanın məşqçiləri də bildilər ki, elə şeyə görə sarı vərəqə vermirlər. Komandamızı azlıqda qoymasına əsəbləşdim. Amma hakimi təhqir etməmişəm. Sadəcə, özümü saxlaya bilmədim, qışqırdım".

Sonda isə Musayev İK-in qərarından apellyasiya şikayəti verməyəcəyini bildirdi.

Digər Xəbərlər
Xəbər Lenti