"Qalatasaray"ın oyununda dava: Muslera rəqibini vurdu - VİDEO

18 Dekabr 2019 14:02 Qalmaqal 852
"Qalatasaray"ın oyununda dava: Muslera rəqibini vurdu - VİDEO

Türkiyə kubokunun 5-ci mərhələsində keçirilən "Tuzlaspor" - "Qalatasaray" oyunundan (0:4) sonra dava düşüb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matç başa çatdıqdan sonra komandalar paltardəyişmə otağına yollanarkən bir anda ara qarışıb. "Tuzlaspor"un futbolçusu ilə Gökhan Çıra ilə "Qalatasaray"ın qapıçısı Fernando Muslera arasında əlbəyaxa dava olub.

Kolumbiyalı qolkiperin rəqibini yumruqla vurduğu iddia olunur.

Həmin görüntüləri təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti