Qadınlardan ibarət ABŞ millisinin futbolçusu Meqan Rapino ölkə başçısı Donald Trampla yaydakı mübahisəsi haqda xatirələrini sosial şəbəkələrdə bölüşüb.
Sportinfo.az xəbər verir ki, qadınlar arasında "Qızıl top" mükafatının sahibi olan oyunçu yenə prezidenti tənqid edib.
"Düzünü desəm, bu, həqiqətən ciddi hiss olunurdu. Prezidentlə mübahisənin bu cür rezonansa səbəb ola biləcəyini məntiqli görmədim. Ağ Evə baş çəkməkdən imtinaya gəlincə, komandada hər kəs sakit idi. Mənə dəstək oldular və heç bir problem yaşanmadı.
Prezidentlər "Twitter" də insanlarla mübahisə etmir, öz komandalarının oyunçularını təqib eləmir və turnirdə ən vacib matçdan əvvəl onlara təzyiq göstərmirlər. Prezidentlər güclü qadınlara qarşı bu cür davranmırlar. Buna görə də Tramp mənim üçün prezident deyil".

