"Keşlə"dən adı danışılmış oyunlarda hallanan məşqçisi ilə bağlı açıqlama

17 Dekabr 2019 10:48 Qalmaqal 1 024
"Keşlə"dən adı danışılmış oyunlarda hallanan məşqçisi ilə bağlı açıqlama

"Keşlə" futbol klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb. Bildirilib ki, adı çəkilən şəxslər 2017-ci ildə “Binə” futbol klubundakı fəaliyyətlərinə görə izahat veriblər.

“Keşlə” futbol klubu müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq:

"Qeyd etmək istəyirik ki, aparılan araşdırmaların “Keşlə” futbol klubuna heç bir aidiyyatı yoxdur. Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir".

Qeyd edək ki, bu xəbəri ilk dəfə Sportinfo.az saytı yayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti