Azərbaycanda klub prezidenti gözaltına alındı - SON DƏQİQƏ

16 Dekabr 2019 22:14 Qalmaqal 2 699
Azərbaycanda klub prezidenti gözaltına alındı - SON DƏQİQƏ

Azərbaycan futbolunda danışılmış oyunlarla bağlı araşdırma davam edir. Sportinfo.az-ın məlumatına görə, "Keşlə"nin fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayevdən sonra "Binə" klubunun prezidenti Teymur Həsənli də saxlanılıb.

Onun da adı oyunların nəticəsinin manipulyasında hallanır. Güman olunur ki, Həsənlinin məsələsi "Binə"nin birinci divizionda çıxış etdiyi 2017-2018 mövsümü ilə bağlıdır.

Məlumat üçün deyək ki, həmin mövsümündə komanda aşağı dəstədə 7-ci yeri tutmuşdu. Komandaya o ərəfədə hazırda "Keşlə"də Tərlan Əhmədovun köməkçisi olan Mehman Babayev başçılıq edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti