"Zirə" futboldan kənarlaşdırılan qapıçını yola saldı - RƏSMİ

16 Dekabr 2019 18:45 Qalmaqal 1 959
"Zirə" futboldan kənarlaşdırılan qapıçını yola saldı - RƏSMİ

"Zirə" danışılmış oyunlarda iştirakına görə AFFA İntizam Komitəsi tərəfindən futboldan kənarlaşdırılan Səbuhi Əliyevlə bağlı qərar verib.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, əvəzedici komandanın qapıçısı ilə yollar ayrılıb. Klub rəhbərliyin "Zirə-2"də forma geyinən gənc qolkiperlər müqaviləyə xitam verib.

Xatırladaq ki, Əliyev birinci dizionunun XII turunun "Sumqayıt-2" ilə ev matçında kuryoz qol buraxmışdı. O, qarşılaşmanın 90+6-cı dəqiqəsində meydan sahiblərinin qapısına təyin olunan penaltini dəf etsə də, sonra topu əli ilə qapıya göndərmişdi.

Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsiylə başa çatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib