Şvartseneqqer "Səbail"in ulduzuna söz atdı

15 Dekabr 2019 13:07 Qalmaqal 1 015
Şvartseneqqer "Səbail"in ulduzuna söz atdı

Qana mətbuatının qalmaqallı simalarından Afia Şvartseneqqer "Səbail"in yarımmüdafiəçisi Maykl Esyen və milli komandanın sabiq üzvü Asamoa Qyanı tənqid edib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ölkədə insanların məşhurluğu ucuzlaşdırdığını söyləyən futbolçular aparıcını özündən çıxarıb. Məsələyə radio vasitəsilə münasibət bildirən jurnalist onları ələ salıb:

"Əgər Beyons ilə eyni səviyyədə olmadığım üçün özümü məşhur adlandırmağa haqqım yoxdursa, onda həmin futbolçuların da özlərini tanınmış hesab etməsi doğru deyil. Çünki onlar da Lionel Messi ilə eyni səviyyədə deyillər".

Digər Xəbərlər
Xəbər Lenti