Azarkeşlər Fransanın idman nazirini stadiondan qovdular - VİDEO

14 Dekabr 2019 15:34 Qalmaqal 1 125
Azarkeşlər Fransanın idman nazirini stadiondan qovdular - VİDEO

Fransa 3-cü divizionda dünən keçirilən "Red Star" - "Keviyi" oyununda (1:0) insident yaşanıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin idman naziri Roksana Marasinyanunun stadiona getməsi azarkeşlərin narazılığına səbəb olub. İlk hissədə Fransa prezidenti Emmanuel Makronu istefaya səsləyən fanatlar pensiya islahatlarından narazılıqlarını dilə gətiriblər.

Fasilədə Marasinyanyu stadionun ətrafında gəzərkən yerli tərəfdarların növbəti təzyiqi ilə üzləşib. İdman nazirinə "Sənin burada nə işin var" deyə sual verən azarkeşlər dəmir hasardan onun üstünə su atıblar. Nəticədə Marasinyanyu stadionu tərk etməli olub.

Məsələ ilə bağlı açıqlama yayan "Red Star" klubu bunu klubun dəyərlərinə zidd hərəkət adlandırıb.

Digər Xəbərlər
Xəbər Lenti