Birinci divizionda çıxış edən 6-7 futbolçu saxlanılıb.
Sportinfo.az-ın əldə etdiyi qeyri-rəsmi məlumata görə, adları gizli saxlanılan oyunçular danışılmış oyunlarda iştirak şübhəsi ilə göz altına alınıblar. Onların saxlanılmasının millimizin sabiq üzvü Cəmşid Məhərrəmovun həbsi ilə əlaqədar olduğu ehtimal edilir.
Xatırladaq ki, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı Məhərrəmov dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun danışılmış oyunlarda iştirakına dair ciddi şübhələr var. İlkin ehtimal belədir ki, Cəmşidin saxlanılması qeyri-leqal bukmeyker kontorlarıyla əlaqadardır.
Məhərrəmovun müəyyən futbolçularla əlbir olaraq, Premyer Liqanın bəzi matçlarına pul qoyuluşu etməsi və danışılmış oyunların təşkilində iştirakı araşdırılır.

