"...mənə vaxt verilib, pulu qaytarıb yerinə qoymasam, polisə veriləcəm"

12 Dekabr 2019 15:06 Qalmaqal 1 449
"...mənə vaxt verilib, pulu qaytarıb yerinə qoymasam, polisə veriləcəm"

Adı "Ağsu"da 300 min manatlıq "yeyinti" məsələsində hallanan klubun icraçı-direktoru Rəşad Kərimov Sportinfo.az saytına müsahibə verib.

- Əvvəlcə “Ağsu”da 300 minlik "yeyinti" aşkarlanması və komandadan kanarlaşdırılmağınızla bağlı fikirlərinizi öyrənək.
- Bu gün mənə uşaqlar qəzet göndəriblər, orada 30 min yazılıb, bir saytda 300 min yazılıb...Əlbəttə ki, yalan söhbətdir. Nə elə bir şey olub, nə də işdən çıxmışam. Audit yoxlaması xəbəri tamamilə saxtadır. Kimin əlində yoxlamaya və yaxud o qədər pul yeyintisinə dair sənəd var? Kim mənə vaxt verib? "Ağsu"nun nə boyda büdcəsir var ki, o boyda pul yeyilsin...?

- Rəşad bəy, ümumiyyətlə komandada yoxlama olub bugünlərdə?
- Xeyr, klubda heç bir yoxlamadan söhbət getmir. Audit zavodda olub, o da normal, daimi prosedurdur, bizə heç bir aidiyyatı yoxdur. Həmin yoxlamada klubun da rəqəmlərinə baxılıb, hansısa yeyinti faktı aşkarlanmayıb.

- Ümumiyyətlə maraqlıdır, “Ağsu”nun illik büdcəsi nə qədərdir?
- Bu barədə məlumat vermək düzgün olmaz. Amma 300 mindən azdır.

- 300 minə yaxındır, yəni?
- Əlbəttə ki, yox. Bizdə o qədər pul hardandır ki, 300 min də yeyinti olsun. Özünüz birinci divizion klublarının vəziyyətini yaxşı bilirsiz. Oteldə qalmırlar, əlavə xərcləri yox, futbolçular yalnız oyundan-oyuna gedirlər. Bilirsiz ki, xaricdə təlim-məşq toplanışlarımız olmur, xarici səfərlərə getmirik. Bizdə oynayan futbolçuların əmək haqqları yüksək deyil. Məlumatı yazmamışdan əvvəl araşdırıb dəqiqləşdirmək lazımdır. Guya, mənə vaxt da verilib ki, pulu qaytarıb yerinə qoymasam, hüquq-mühafizə orqanlarına veriləcəm...Bunların hamısı yalan xəbərdir. Belə bir məsələ olmayıb, hazırda da işimin başındayam.

- Sizin klubda rəsmi vəzifəniz nədir?
- Mən "Ağsu"nun icraçı direktoruyam.

- Bəs klubun prezidenti kimdir?
- Zavodda olan insanlar. Belə deyim, mən onlara tabeyəm və onlarla danışandan sonra iş görürəm. Puldu, əməkhaqqıdır - hamısı yazılı qaydada həyata keçirilir, bizə nəzarət edənlər var. Maliyyə işləri ilə şirkətin mühasibi məşğul olur. Elə bir şərait də yaradılmaz ki, o qədər pul yeyilsin. Düzdür, futbol klubu adı gələndə, hər kəs külli miqdarda pulun dövr etdiyi bir yer olduğunu düşünür. Amma bizim klubumuz birinci divizionda çıxış edir, büdcəmiz elə dəhşətli dərəcədə yüksək də deyil. Bizdə sadəcə, yıxılana balta vurmaq adətdir. İndi bu iddialara cavab verməsəm, bir az sonra yazacaqlar ki, Rəşad Kərimov pulu tapıb geri qaytardı.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti