Depaydan "uzunqulaq"a etiraz - "Bizə tüpürürdülər"

11 Dekabr 2019 19:22 Qalmaqal 507
Depaydan "uzunqulaq"a etiraz -

"Lion"un yarımmüdafiəçisi Memfis Depay Çempionlar Liqaısnın qrup mərhələsinin sonuncu turunun "Leyptsiq"lə ev oyununda (2:2) yerli azarkeşlərdən birinin komanda yoldaşı Marseloya qarşı etdiyi hərəkətə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Depay braziliyalı müdafiəçinin komandadan getməsini istəyən fanatın üzərində uzunqulaq şəkli olan banner açmasını sərt tənqid edib:

"Həm məyus, həm də əsəbiyəm. Düzdür, ən yaxşı oyunumuzu oynamadıq, amma bütün gücümüzü ortaya qoyduq və növbəti mərhələyə adladıq. Komanda yoldaşımıza qarşı belə hərəkətdən sonra bizdən nə gözləyirsiz? Ümumiyyətlə, bu cür banner hazırlamağa kimin vaxtı var? İnsanları ailəsi var, onlar işə gedirlər. Kimin uzunqulaq şəkli çəkməyə əlavə vaxtı olur? Əgər sizin vaxtınız varsa, deməli, özünüz üçün daha yaxşı iş tapmalısız. Azarkeşlər bizə tüpürürdülər. Heç vaxt belə halla üzləşməmişdim".

Qeyd edək ki, dünənki matçda "Lion" fanatı üzərində uzunqulaq şəkli olan və “Marselo, bu klubu tərk et” yazılan pankart açıb. Futbolçu cavab olaraq, ona tərəf gedib və azarkeşə orta barmağını göstərib. Bunu görən Depay da məsələyə qarışıb. Komanda yoldaşlarının müdaxiləsindən sonra isə Depay və Marselonu sakitləşdirmək mümkün olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı