"Corriere dello Sport"dan irqçi başlıqla bağlı - AÇIQLAMA

6 Dekabr 2019 15:03 Qalmaqal 458
"Corriere dello Sport"dan irqçi başlıqla bağlı - AÇIQLAMA

İtaliyanın "Corriere dello Sport" nəşri "İnter" - "Roma" matçı ilə bağlı yayımladığı qalmaqallı sərlövhəsini müdafiə etməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, mətbu orqan bugünkü buraxılışında keçmişdə irqçiliyə qarşı qəzetdə çıxan müxtəlif başlıqlardan ibarət kolleksiya hazırlayaraq, oxuculara təqdim edib. "Siz kimi irqçi adlandırırsız?" başlıqlı məqalədə hadisə azadlıq və bərabərliyi müdafiə edən qəzetin linç edilməsi kimi dəyərləndirilib.

Bundan əvvəl "Corriere dello Sport"un redaktoru İvan Zattsaroni də sözügedən başlığa görə qəzeti müdafiə etmişdi.

Qeyd edək ki, İtaliya A Seriyasının 15-ci turunun cümə günü keçiriləcək "İnter" - "Roma" oyununun afişasını manşetdə çap edən nəşr belçikalı forvardla ingilis futbolçunun şəklinə belə sərlövhə qoyub: "Black friday" (qara cümə). Bu isə futbol ictimaiyyətinin ciddi narazılığına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!