Məşhur idman qəzeti futbolçuları təhqir etdi - FOTO

5 Dekabr 2019 17:17 Qalmaqal 1 483
Məşhur idman qəzeti futbolçuları təhqir etdi - FOTO

İtaliyanın məşhur "Corriere dello Sport" qəzeti "İnter"in hücumçusu Romelu Lukaku və "Roma"nın müdafiəçisi Kris Smollinqə qarşı irqçi şüarla futbolçuları təhqir edib.

Sportinfo.az xəbər verir ki, İtaliya A Seriyasının 15-ci turunun cümə günü keçiriləcək "İnter" - "Roma" oyununun afişasını manşetdə çap edən nəşr belçikalı forvardla ingilis futbolçunun şəklinə belə bir sərlövhə qoyub: "Black friday" (qara cümə).

İtaliyada kifayət qədər narazılığa səbəb olan qəzetin bu nömərsinə klublar biganə qalmayıblar. Milan və Roma klublarından başqa, "Fiorentina" da "Corriere dello Sport"a rəsmi səhifə vasitəsilə etirazını bildirib.

"Canavarlar"ın rəsmi "tvitter" səhifəsi "Heç nə...Tamamilə heç kim...Heç bir dənə də..." paylaşımı ilə etirazını bu cür nümayiş etdirib.

"Futbol ehtiras, mədəniyyət və qardaşlıq oyunudur. Belə hallara hər zaman qarşı çıxmışıq" deyə, "nerrazzura"nın rəsmi səhifəsi paylaşım edib. Florensiya təmsilçisi isə "Deməyə söz tapmadıq" cümləsi ilə qəzetin bugünkü buraxılışını tənqid edib.

Digər Xəbərlər
Xəbər Lenti