İspaniya məhkəməsi Messini dələduzluqda ittiham edir

4 Dekabr 2019 13:27 Qalmaqal 1 174
İspaniya məhkəməsi Messini dələduzluqda ittiham edir

"Lionel Messi" fondu dələduzluqda və çirkli pulların yuyulmasında ittiham edilir.

Sportinfo.az xəbər verir ki, İspaniya məhkəməsi “Barselona”nın hücumçusu Lionel Messinin cinayət işini bərpa edib.

32 yaşlı futbolçunun xeyriyyə fondu dələduzluqda və çirkli pulların yuyulmasında, vergidən yayınmaqda ittiham olunur.

Hakim Federiko Rettori adlı şahidin ortaya çıxmasından sonra işi bərpa edib. Adıçəkilən şəxs 2012-2015-ci illərdə məhz bu fondda çalışıb. Onun sözlərinə görə, Messinin fonduna edilən yardımlar, anonim yerlərə köçürülüb ki, bu da şübhə yaradıb.

Digər Xəbərlər
Xəbər Lenti