Millimizin sabiq baş məşqçisinə 5 il həbs verildi!

3 Dekabr 2019 10:21 Qalmaqal 755
Millimizin sabiq baş məşqçisinə 5 il həbs verildi!

2012/2013-cü illərdə cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi olmuş Peter Zeyzenbaherin məhkəməsi yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, azyaşlılara qarşı cinsi zorakılıqda günahlandırılan 59 yaşlı avstriyalı mütəxəssis 5 il müddətinə azadlıqdan məhrum edilib.

1984 və 1988-ci illərin Olimpiya çempionunun günahkar olduğu qanunla sübuta yetirilib. Onun 1999-2004-cü illərdə rəhbərliyi altında hazırlıq keçən idmançılarını zorladığı bildirilir. Zeyzenbaherin 1999-cu ildəki ilk “qurbanı”nın 11 yaşı olub və o həmin idmançıya 2002-ci ilədək təcavüz edib. Bundan başqa, çalışdırıcı 2004-cü 13 yaşlı başqa yetirməsinə də xoşagəlməz hərəkətlər edib. Mütəxəssisin 2001-ci ildə Xorvatiyada baş tutan təlim-məşq toplanışı vaxtı 16 yaşlı yeniyetmə cüdoçunu zorlaması da şikayətdə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!