
Vüqar Quliyevin «Sumqayıt-2»nin baş məşqçi postundan uzaqlaşdırılmasının gerçək səbəbi məlum olub.
Ötən ilin yayında Hakan sünalın yerinə gətirilən mütəxəssisin iş yeri ilə vidalaşması yalnız uğursuz nəticələrə görə deyilmiş.
Düzdür, komanda onun rəhbərliyi altında zəif çıxış edib və I Divizionda turnir cədvəlinin son pilləsnə enib, ancaq…
Demə, Quliyevin etdiyi dava-dava klub rəhbərliyini hiddətləndirib. Belə ki, o, bazada köməkçisi Azər Mehdiyevlə öncə mübahisəyə qalxıb, sonra onunla əlbəyaxa olub.
Olaydan xəbər tutan rəsmilər bunun səbəblərini araşdırıb və baş məşqçiyə qapını göstərib, komanda isə Mehdiyevə tapşırılıb.
SPORTİNFO.AZ