
Bir neçə gün öncə hüquq-muhafizə orqanları tərəfindən saxlanılan «İrəvan»ın prezidenti Zahid Niyazəliyevdən yeni xəbər var.
I Liqada mübarizə aparan klubun rəhbəri artıq sərbəst buraxılıb.
O, komanda üzvləri ilə görüşüb, amma hansı məsələ ilə əlaqədar saxlanmasıyla əlaqədar konkret söz deməyib.
Güman ki, bu, bir, yaxud bir neçə şəxsin onunla bağlı şikayəti əsasında baş verib. Ya da ki, «İrəvan» ətrafında aparılan hansı araşdırmayla əlaqədardır.
Hələ o bizə dəqiq deyil ki, Niyazəliyev hələ zamindədir, ya yox. Bunu da, yəqin ki, bir az sonra biləcəyik.
SPORTNFO.AZ