Premyer Liqa klubunda ŞOK OLAY! - Futbolçular bir-birlərini döydülər

3 Aprel 19:20 Qalmaqal 2 545
Premyer Liqa klubunda ŞOK OLAY! -  Futbolçular bir-birlərini döydülər

Premyer Liqada işləri qaydasında getməyən “Səbail”də ab-hava tamamilə korlanıb.

Şahin Diniyevi saya saymayan futbolçular düşərgədə əməlli-başlı xaos yaradıb.

Son məşqlərin birində iki oyunçu arasında “qırğın” düşüb. Belə ki, Yadin Lukasi ilə Bahadur Həziyev dalaşıb.

Hadisə ikincinin ikili mübarizə zamanı israilli legionerin ayağına zərbə endirməsiylə başlayıb. Lukasi bundan hiddətlənib və yerli həmkarına qarşılıq verib.

Onları komanda yoldaşları ayırıb. Buna kimi dalaşanlar bir-birinə sillə-təpik endirib.

Baş məşqçinin reaksiyası? Diniyev hər iki futbolçunu qeyri-müəyyən müddətə komandadan kənarlaşdırıb və əvəzedici heyətə göndərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti