Dostlarını stadiona dəvət etmiş rəhbər özündən çıxdı: "Mən onların yanında xar oldum"

23 Yanvar 13:00 Qalmaqal 1 464
Dostlarını stadiona dəvət etmiş rəhbər özündən çıxdı: "Mən onların yanında xar oldum"

«Turan Tovuz»un 2025-ci ilə biabırçı startı Ehtiram Quliyevi o ki var hiddətlədirib!

Klubun İdarə Heyətinin sədri Premyer Liqanın 19-cu turunda «Kəpəz»ə 2:5 hesablı məğlubiyyətin təsirindən necə şoka düşübsə, matçdan sonra futbolçulara sərt etiraz bildirib.

Dostlarını derbiyə dəvət etmiş və 90 dəqiqə ərzində siqareti siqaretə calamış rəhbər şəxs komanda üzvləriylə söhbətində pərişan olduğunu söyləyib:

«Mən onların yanında xar oldum. Oyundan qabaq əmin idim ki, qələbə qazanacağıq.

Amma qalibiyyət üçün axıradək mübarizə aparmadız. İkinci hissədə oynamadız.

Bu heyətlə çempionatda dördüncü yeri tutacağımızı gözləyirdim. Belə görürəm ki, bu oyunla mövsümü altıncı pillədə başa vuracağıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!