COP29

Azərbaycan futbolunda növbəti “alver” QALMAQALI! - Daha kimlərin “qələmi qırılacaq”?

10 Dekabr 2024 09:40 Qalmaqal 2 304
Azərbaycan futbolunda növbəti “alver” QALMAQALI! - Daha kimlərin “qələmi qırılacaq”?

“Şamaxı” iki futbolçusu - müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə yolları ayırması ilə bağlı rəsmi açıqlama yayıb.

Klub onlarla müqaviləyə xitam verildiyini bəyan edib.

Burada qeyd olunub ki, məsələ ilə bağlı klub hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir.

Vəssalam? Qətiyyən belə fikirdə olmayın. Əslində, proses yeni başlayır. Nağıyevlə Kantariyanın qəfil gedişinin arxasında çox ciddi səbəb və şübhələr dayanır.

Klub rəhbərliyi son 2 ayı əhatə edən araşdırma aparır. Özü də ən yüksək səviyyədə. Hələlik təhqiqat «Şamaxı»dan və Şamaxıdan o yana keçmir.

Amma bu, müvəqqətidir. Tezliklə təftişin sərhədləri Bakıyadək uzanacaq. AFFA, ardınca hüquq-mühafizə orqanları araşdırmaya qoşulacaq.

Çünki «Şamaxı» başbilənləri bir gecənin içində futbolçuların «qələmini qırmayıb». Səssiz-səmirsiz incələmə aparıblar.

Komandanın Premyer Liqanın ikinci dövrəsində uğursuz çıxışının, ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırmasının səbəbləri onlara maraqlı gəlib, oyun «alver»i ilə bağlı şübhələrin arxasınca gediblər.

Bildiyimizə görə, rəsmilərin əlində artıq müəyyən bilgilər, faktlar var. İndi onu araşdırırlar ki, bu «stavka» məsələsində daha kimlərin adı keçir.

Yəqin ki, yaxın günlərdə daha 2-3 futbolçunun «başı gedəcək», ayrılıq xəbərləri alacağıq.

Klubun hələlik 1-2 cümləlik üstüörtülü açıqlama vnrməsinin arxasında bu ehtiyatlılıq dayanır. Çün araşdırma yeni başlayıb və irəlidə digər qaranlıq məqamlara da aydınlıq gətirəcəklərinə ümid edirlər.

İstənilən halda yekun nəticə açıqlanacaq. Futboldan ömürlük uzaqlaşdırılanlar olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 18:10 Çək və bizə göndər!
21 Yanvar 11:20 O gün olsun ki…