Premyer Liqada yeni mövsümə uğursuz başlayan «Kəpəz»də növbəti xoşagəlməz hadisə yaşanıb.
İyulda klubun icraçı direktoru təyin olunan Cabir İbrahimov qalmaqalın mərkəzində dayanıb.
Əvvəllər də bir neçə dəfə müxtəlif hoqqaları ilə mətbuatın gündəmini «zəbt etmiş» funksioner bu dəfə məşqçi Rakif Əliyevlə toqquşub.
Olay bazada baş verib. Belə ki, yenicə görəvə gəlmiş Azər Bağırovun korpusunda yer alan köməkçi təbii ehtiyacını ödəmək üçün sanitar qovşağına üz tutub.
Bu zaman İbrahimov onu görüb və çölə çıxmasını gözləyib, daha sonra ona «bura rəhbərliyin tualetidir, ora girə bilməzsən» deyib.
Bağırovun yardımçısı bazada yeni olduğunu, ətrafı yaxşı tanımadığını söyləyib.
Lakin icraçı direktorun əsəsini qaldırması ilə söhbət mübahisəyə çevrilib. Ətrafdakı şəxslərin müdaxiləsi ilə onları sakitləşdirmək mümkün olub.
SPORTİNFO.AZ