Azərbaycanda klub prezidenti yenidən saxlanıldı, istintaqa cəlb olundu

26 Mart 10:40 Qalmaqal 1 061
Azərbaycanda klub prezidenti yenidən saxlanıldı, istintaqa cəlb olundu

«İrəvan»ın prezidenti Zahid Niyazəliyev növbəti dəfə saxlanılıb.

I Liqada mübarizə aparan klubun rəhbəri artıq neçə gündür istintaq altındadır.

Araşdırma sırf «İrəvan»ın özüylə bağlıdır. Hüquq-mühafizə orqanlarına onun buradakı fəaliyyəti ilə bağlı bir sıra yeni məlumatlar daxil olub.

Aidiyyatlı qurumlar aşağı liqada debüt mövsümünü keçirən komandanın maliyyə hesabatlarını da incələməyə başlayıb. Niyazəliyevdən şikayətçilərin olduğu və onların araşdırma prosesinin gedişində üzləşdirildiyi deyilir.

Bilindiyi kimi, AFFA İntizam Komitəsi 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb. Onlardan ikisi “İrəvan”dan Ege Atlam və Fəhmin Muradbəylidir.

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb.

Bunlar “İrəvan”dan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"