Premyer Liqa klubunda baş verən oğurluq - ŞOKEDİCİ SƏNƏD "Sportinfo"da!

20 Mart 15:15 Qalmaqal 1 890
Premyer Liqa klubunda baş verən oğurluq - ŞOKEDİCİ SƏNƏD "Sportinfo"da!

Xəbər verdiyimiz kimi, «Kəpəz»in təhlükəsizlik xidmətinin keçmiş rəisi Elmar Əliyev yenidən üzə çıxıb.

İki aya yaxındır ortalıqda görünməyən sabiq klub funksioneri növbəti videonu paylaşıb.

O, əvvəlkitək İdarə Heyətinin tsədri İlqar Nadirinin ünvanına ittihamlar yağdırıb.

Əliyev «Kəpəz»in birinci şəxsini oğurluqda suçlayıb, bildirib ki, Nadiri AFFA tərəfindən kluba ayrılan aylıq yardım paketindən düzgün istifadə eləmir, akademiyada çalışan məşqçi və işçilərin əməkhaqqısını ödəmir.

Eks rəis qeyd edib ki, Nadiri ona böhtan atıb və iş yerindən uzaqlaşdırıb: «O, mənə dağ çəkib. Qarşıdan isə bayram gəlir. Mən onun bu bayramını qara bayrama çevirəcəm.

Kim arxasında dayanır, adını açıqlayacam. İlqar Nadiri, uzağı, mayda «Kəpəz»dən gedəcək.

Bütün Gəncə məni tanıyır, necə insan olduğumu bilir. Bu işi belə qoymayacam.

İlqar Nadirinin hansı maxinsiyalara yol verdiyini söyləyəcəm».

Dünən bu videonu saytımızda yayımlamışdıq. Rezonansı gözlədiyimiz kimi, kifayət qədər güclü oldu.

Çoxsaylı zənglər və mesajlar aldıq. Elmar Əliyevin mövqeyini müdafiə edənlər də var idi içlərində, əksini deyənlər də.

Saytımızın «mesencer»inə göndərilən bir məktub+foto isə daha çox diqqətimizi çəkdi. Burada Əliyevin klubun mühafizə xidmətinin rəisi vəzifəsindən getməsinə səbəb olan hadisəyə aid izahat yer almışdı.

Onun öz əliylə yazdığı izahatdan aydınlaşır ki, vəzifəsini niyə itirib.

Əliyev yazıb ki, sentyabrın əvvəlində heç kimdən icazə almadan stadionun ərazisində yerləşən 3 metrlik 6 ədəd qaz borusunu başqa yerə aparıb.

O, gördüyü işdən peşman olduğunu, mənimsədiyi qaz borularını geri qaytaracağını izahatda qeyd edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"