AFFA bu oyunla bağlı ŞOK MƏLUMAT aldı, təcili araşdırma başladı - VİDEO+FOTOLAR

15 Mart 09:00 Qalmaqal 828
AFFA bu oyunla bağlı ŞOK MƏLUMAT aldı, təcili araşdırma başladı - VİDEO+FOTOLAR

Azərbaycan I Liqasında XVIII tur başa çatıb.

"Zaqatala" Bakıda "İrəvan"ın qonağı olub.

Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Nazim Süleymanovun komandası bütün qolları ikinci hissədə vurub. Bəşir Aylarov, Balamirzə Soltanov və Samir Qurbanov adını tabloya yazdırıb.

Beləcə, «İrəvan»ın məğlubiyyət seriyası başa çatıb. Xallarını 26-ya yüksəldən "İrəvan" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 19 xalı olan "Zaqatala" isə 8-ci yerdədir.

Amma… AFFA bu qarşılaşmanın nəticəsini ləğv edə bilər

. Buna səbəb debütant barədə federasiyaya daxil olan məlumatdır. Belə ki, «İrəvan»ın adı iştirak ərizəsinə daxil etmədiyi futbolçunu başqa birinin adından meydana buraxması haqda quruma informasiya ötürülüb.

Açığı, biz söhbətin konkret olaraq kimdən getməsini bilmirik. Protokola nəzər salsaq, «İrəvan»ın 3 əvəzetmədən yararlanmasını görərik. Ruslan Bayramov

Ramin Məhərrəmovla (dəqiqə 77), Balamirzə Soltanov Kamil Mahmudovla (83) və İmran Azaxov Samir Qurbanovla (46) əvəzlənib.

Nazim Süleymanovun I Liqanın 13-cü turunda da bu halla diqqət mərkəzinə düşməsini yada salaq. “İmişli” ilə Bakıdakı qarşılaşmanın (1:3) ilk hissəsindən sonra meydan sahibləri dəyişiklik etmək istəyib.

Baş məşqçi 22 nömrəli futbolçunu meydana buraxıb. Lakin ehtiyat hakim görüşü başlatmaması ilə bağlı referiyə xəbərdarlıq edib.

Çünki həmin oyunçunun adı matçın iştirak ərizəsində yer almayıb. Yəni, Nazim Süleymanov adı protokolda olmayan futbolçunu meydana buraxmaq istəyib.

Təxminən 5 dəqiqə çəkən müzakirədən sonra hakimlər mütəxəssisi başa salmağı bacarıb. Həmin oyunçunun yerinə isə meydana Fəhmin Muradbəyli daxil olub.

Onun da indi harada olduğu məlumdur. «Neftç»nin yetirməsi danışılmış oyunlarda iştirak şübhəsiylə saxlanılıb.

Əgər AFFA daxil olan informasiyanın doğruluğunu çıxarsa, «İrəvan»a 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Bu isə ikinci belə hadisə kimi qeydiyyata düşəcək.

Çünki adıçəkilən komanda mövsümün ilk dövrəsində «İmişli» ilə səfər oyununa yollanmayıb.

Reqlamentə görə, iştirakçılardan hansı biri mövsüm ərzində 3 dəfə texniki məğlubiyyət alarsa, turnir cədvəlində sonuncu yeri kimin tutmasından asılı olmayaraq, çempionatdan kənarlaşdırılacaq.

SPORTİNFO.AZ

ASK Arena. 20 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Rasim Axundov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Orxan Fərəcov, 50 (qeyri-idman hərəkəti); Kamal Mirzəyev, 59 (qeyri-idman hərəkəti); Ramin Məhərrəmov, 89 (qeyri-idman hərəkəti) // Kənan Müslümov, 24 (qeyri-idman hərəkəti); Samir Ağayev, 70 (qeyri-idman hərəkəti); Rüstəm Nuruyev, 80 (qeyri-idman hərəkəti); Cavad Qurbanlı, 88 (qeyri-idman hərəkəti); Steyn Essono, 90+3 (hakimin qərarına etiraz)
Qollar: Bəşir Ayralov, 61; Balamirzə Soltanov, 74; Samir Qurbanov, 85
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“İrəvan”

33. Andrey Sinenka
6. Kamal Mirzəyev (k)
50. Fərid Kərimzadə
98. Əli Əliyev
44. Seymur Əliyev
73. Bəşir Ayralov
10. Ruslan Bayramov
(2. Ramin Məhərrəmov, 77)
9. Orxan Fərəcov
18. Vüsal Əsgərov
99. Balamirzə Soltanov
(8. Kamil Mahmudov, 83)
22. İmran Azaxov
(7. Samir Qurbanov, 46)

Ehtiyat oyunçular:

1. Süleyman Süleymanov
Baş məşqçi: Nazim Süleymanov

“Zaqatala”

12. Müşviq Nadirov
33. Kənan Müslümov (k)
8. Roini İsmayılov
10. Rəhman Şabanov
(25. Turqut Mustafazadə, 88)
70. Steyn Essono
14. Rüstəm Nuruyev
19. Nizami Səmədov
55. Firuz Əhmədov
24. Cavad Qurbanlı
7. Samir Ağayev
(17. Kevin Ozimo, 87)
99. Uoren Lloyd
(20. Nicat Oruclu, 65)

Ehtiyat oyunçular:
1. Hacı Hacıyev
11. Nəzir Cabbarov
Baş məşqçi: Rüstəm Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"