Günün ŞOK XƏBƏRi gəldi! - 6 futbolçu "qumar" oynadıqlarını etiraf etdi

5 Mart 13:00 Qalmaqal 2 086
Günün ŞOK XƏBƏRi gəldi! - 6 futbolçu "qumar" oynadıqlarını etiraf etdi

Azərbaycan çemponatında danışılmış oyunlarla bağlı araşdırma yekunlaşmaq üzrədir.

AFFA-nın hüquq-mühafizə orqanlarının köməyi ilə apardığı təhqiqat şok faktlar üzə çıxarıb.

Bununla bağlı redaksiyamıza bəzi təfərrüatlar məlum olub. Aldığımız informasiyaya görə, I Liqanı əhatə edən araşdırma çərcivəsində 10-a yaxın futbolçu sorğu-suala cəlb olunub.

Onlardan 6-nın «qumar»da iştirakına dair şübhələr öz təsdiqini tapıb. Bu siyahının başında Fəhmin Muradbəyli gəlir.

«Neftçi»nin yetirməsi olan yarımmüdafiəçi cari mövsümün ilk yarısını «İrəvan»da keçirib. Onun oyunların manipulyasiyasında əlinin olmasını etiraf etməsinə dair hələlik qeyri-rəsmi bilgilər var.

AFFA yaxın günlərdə həmin «qara siyahı»nı açıqlayacaq. Ən azı 6 futbolçu bu sahədən ömürlük uzaqlaşdırılacaq.

Burada tək «İrəvan»ın oyunçuları yer almır. I Liqanın başqa klublarında forma geyinənlərin də futbol sektorunda fəaliyyətinə birdəfəlik «stop» qoyulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!