QALMAQAL! Klub prezidenti sabiq icra başçısından şikayət etdi - Mənimsəmə olub?

2 Mart 19:00 Qalmaqal 997
QALMAQAL! Klub prezidenti sabiq icra başçısından şikayət etdi - Mənimsəmə olub?

I Liqada debüt etdiyi gündən başının üstünü qara buludlar alan “İrəvan”da sular heç cür durulmur.

Yaxınlarda məlumat vermişdik ki, Fəhmin Muradbəyli başda olmaqla, komandanın 10-yaxın futbolçusu dindirilmə prosesinə cəlb edilib.

Onlar çempionatda “alver” getməsi şübhəsi yaratmış oyunlarla bağlı sorğu-suala çəkilib.

İndi də məlum olub ki, klubun rəhbərliyində yer almış şəxslər əsl “qırğın”a çıxıb. Prezident postunu tutan Zahid Niyazəliyev İdarə Heyətinin sədri Zülfüqar Kazımovdan şikayətçi düşüb.

Onun bu məqsədlə hüquq-mühafizə orqanlarına müraciət etməsi yönündə məlumatlar gəlməkdədir. Qeyri-rəsmi informasiyala inansaq,

Kazımov Niyazəliyev tərəfindən mənimsəmə faktları üzrə ittiham olunur.

Belə deyilir ki, prezident dövlət və ayrı-ayrı şəxslər vasitəsilə “İrəvan”a ayrılan vəsaitlərin istiqaməti üzrə xərclənməməsi iddiası ilə çıxış edib.

Barəsində yayılan xəbərlərə münasibət öyrənmək üçün Z.Kazımovla əlaqə saxlamağa çalışdıq. Ancaq Nərimanov rayonunun sabiq icra başçısı telefon zənglərimizə cavab vermədi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"