ŞOK İDDİA! Mahir Xorvatiyada “sərxoşluq” edir: ”Vaxtını əyləncəyə çox ayırır”

20 Fevral 2024 13:20 Qalmaqal 1 243
ŞOK İDDİA! Mahir Xorvatiyada “sərxoşluq” edir: ”Vaxtını əyləncəyə çox ayırır”

“O, vaxtını diskoteka və barlarda keçirməyə üstünlük verir, nadir hallarda yaxşı oynayır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Xorvatiya mətbuatı Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqqında yazıb.

Bildirilib ki, futbolçu tənbəllik edərək az hallarda yaxşı oynayır:

“O, hər səhər məşqini qaçırır. Daha qol vurmağı dayandırıb. Vaxtını əyləncəyə çox ayırır”.

Yazıda Mahirin qazandığı keçmiş uğurlara da yer verilib:

“Qarabağ”da çıxış etdiyi zamanlarda yaxşı oyunçu olub. O, 185 oyunda 67 qol vurub, 24 məhsuldar ötürmə edib.

Son klubu isə Polşa “Legiya”sı olub və burada 33 oyunda 11 qol vurub”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA