COP29

“Bizi yormayın! İmkan verin, təmiz futbolumuzu oynayaq!" - VİDEO

23 Yanvar 22:40 Qalmaqal 367
“Bizi yormayın! İmkan verin, təmiz futbolumuzu oynayaq!" - VİDEO

"Turan Tovuz" "Kəpəz"ə qarşı matçın hakimliyinə etiraz edib.

Sportinfo.az xəbər verir ki, klub bu barədə narazılığını sosial şəbəkə hesabı vasitəsi ilə ictimaiyyətə çatdırıb.

Premyer Liqanın 19-cu turunun "Kəpəz" - "Turan Tovuz" matçında Gəncə təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb. Oyunun 9-cu dəqiqəsində Tovuz klubunun müdafiəçisi Faiq Hacıyev qırmızı vərəqə alaraq meydandan qovulub.

"Turan Tovuz"un narazılığı odur ki, onların oyunçusuna qarşı Gəncə klubunun futbolçusu eyni kobudluğu etsə də, hakim qırmızı deyil, sarı vərəqə göstərib.

Qeyd edək ki, matçın baş hakimi Əli Əliyev, VAR hakimi Kamal Umudlu, AVAR hakimi isə Vüsal Məmmədov olub.

Həmin epizodların müqayisəli videosunu yayan "Turan Tovuz"un açıqlamasında bildirilib:

"Uzun və çətin yola çıxmışıq. Alın tərimiz, əməyimiz, əziyyətimiz var. Bu yolun keşməkeşli olacağını bilirik.

Hakimliyin yolumuzda ən böyük maneə olmasını təəccüblə qarşılayırıq. VAR niyə var? VAR-da ikili standart niyə var?!

Bizi yormayın! İmkan verin, təmiz futbolumuzu oynayaq!"

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"