Bakıda məşhur gecə klubundakı OLAY: “Xanımıma toxunurdu, yumruqla başa saldım”

12 Yanvar 2024 16:00 Qalmaqal 1 435
Bakıda məşhur gecə klubundakı OLAY: “Xanımıma toxunurdu, yumruqla başa saldım”

Vaxtilə ölkəmizdə səviyyəsinə görə seçilən legionerlərdən olan Baqali Dabo həm də gecə klublarının həvəskarı kimi tanınırdı.

Əyləncə məkanlarına tez-tez baş çəkən fransız hücumçu vaxtını səmərəli keçirmək üçün bu üsuldan yararlanırdı.

Dabo Sportinfo.az-a verdiyi açıqlamada illər sonra maraqlı etiraf edib. O, Bakıdakı klubların birində xanımına sataşdığı üçün xarici müştərini yumruqladığını gizlətməyib:

“Kluba gedəndə də xanımımla gedirdim. Əsasən “Pasifico”ya baş çəkirdik. Həm mərkəzdəydi, həm işçilər bizi tanıyırdı, həm də məkan xoşuma gəlirdi.

Orada bir dəfə dava etmişəm, o da mən kiməsə sataşdığıma görə yox, başqa bir kişi həyat yoldaşımdan əl çəkmədiyinə görə.

Bir nəfər sarışın müştəri xanımımla danışmaq üçün israr edirdi. Deyəsən rusiyalı idi, amma slavyan olduğuna şübhə etmirəm.

Bir neçə dəfə həyat yoldaşıma yaxınlaşsa da, xanımım ondan uzaqlaşırdı. O isə əl çəkmək fikrində deyildi.

Düşünürdüm ki, insandır, içkilidir, yəqin uzaqlaşar. Bizdən başqa da müştərilər olduğu üçün dava yaratmaq istəmirdim.

Görəndə ki, artıq xanımıma toxunur, bu dəfə özümü saxlaya bilmədim. Ayağa qalxıb yumruqla başa saldım. Başqa heç nə etmədim. Məncə, həmin zərbədən sonra özünə gəldi (gülür)”.

Dabo ölkəmizdə top qovduğu 4 ildə bütün yarışlar nəzərə alınmaqla meydana çıxdığı 109 matçda 49 (“Qəbələ”- 26, “Neftçi” - 23) qol və 12 (“Qəbələ” – 5, “Neftçi” - 7) məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA