“Kəpəz”in sabiq rəsmisi sosial şəbəkə hesabında gözlənilməz paylaşım edib.
Vaxtilə qərb təmsilçisinin azarkeşlərlə əlaqələndiricisi olan, son 2 ildə Təhlükəsizlik Deparamentinin rəisi vəzifəsini icra edən Elmar Əliyev aylar sonra sükutu pozub.
O, “feysbuk”dakı ilk paylaşımında bu sözləri yazıb:
“Çox az qalıb. Mənə kim pislik edibsı, qoymayacağam “Kəpəz”də işləsin. Yaşar, Tərlan Azər pis oldu, bəs, kim yaxşıdır?”.
Əliyev 1 saat sonra daha bir paylaşım edib. Bu dəfə öz şəklinin yanında klubun İdarə Heyətinin sədri İlqar Nadirinin fotosunu yerləşdirərək hədə-qorxu mesajı verib:
“5 ildə mən sənə necə oldum, bunu Allah bilir. Amma sən ayın axırını gözlə. Bilməyənlər biləcək sən kimsən”.
Uzun illər “Kəpəz”də çalışan Elmar Əliyev bir neçə ay öncə Gəncə şəhər stadionunda baş vermiş oğurluq hadisəsinə görə ttutduğu vəzifədən kənarlaşdırılıb.
HƏBİB / SPORTİNFO.AZ

