Azərbaycanda bu oyuna böyük miqdarda pul qoyuluşu edilibmiş… UEFA nədən şübhələnib?

21 Dekabr 2023 16:20 Qalmaqal 6 554
Azərbaycanda bu oyuna böyük miqdarda pul qoyuluşu edilibmiş… UEFA nədən şübhələnib?

Azərbaycan Kubokunda 1/8 final mərhələsi çərçivəsində keçirilən "İrəvan" - "Araz-Naxçıvan" qarşılaşmasıyla bağlı şok iddia barədə oxucularımızı məlumatlandırmışdıq.

Bilindiyi kimi, qarşılaşma Premyer Liqa təmsilçisinin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın qollarını 24, 43, 45+4-cü (pen) dəqiqədə Aksel Nqando, 25 və 51-ci dəqiqədə Orxan Əliyev, 73-cü dəqiqədə Miço Kuzmanoviç, 80 və 83-cü dəqiqələrdə Elvis Maşike vurub. "İrəvan"da isə 16-cı dəqiqədə Vüsal Qənbərov və 37-ci dəqiqədə Vüsal Əsgərov adını tabloya yazdırıb.

AFFA bu qarşılaşmanın nəticəsiylələ bağlı təcili araşdırmaya başlayıb. Buna səbəb UEFA-dan gələn siqnaldır.

Belə ki, Avropa futbol qurumu bu matçla əlaqəli şübhəli məqamların olmasına dair Bakıya serkulyar məktub göndərib.

UEFA-dan tez-təıləsik reaksiyasından anlaşılıb ki, “İravan”ın 7-dən artıq qol buraxacağına, ümumiyyətlə, oyunda tərəflərin üs-üstə 10 dəfə fərqlənəcəyinə öncədən pul qoyuluşu edilib.

Əldə etdiyimiz son məlumata görə, AFFA UEFA-dan gələn məktub əsasında hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb və araşdırma üçün kömək istəyib.

Məlum olub ki, qarşılaşmanın ilk dəqiqələrindən etibarən bukmeyker kontorlarına müxtəlif mənbələrdən külli miqdarda vəsait yatırılıb.

Matçda fasilə elan olunduğu dəqiqələrdə isə kontorlar oyuna pul qoyuluşunun qəbulunu dayandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA