Azərbaycanda OLAY! O, hakimə telefon təklif etdi - VİDEO

15 Dekabr 2023 21:20 Qalmaqal 903
Azərbaycanda OLAY! O, hakimə telefon təklif etdi - VİDEO

“Qəbələ” yenə məğlub oldu.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan bölgə təmsilçisi “Səbail”ə böyük hesabla uduzdu – 0:3.

Oyunda maraqlı məqamlardan biri 75-ci dəqiqədə baş verdi. “Qəbələ”li futbolçunun zərbəsindən sonra topun meydana yenicə daxil olan Ayaz Mikayılovun əlinə dəyməsindən şübhələnən baş hakim Rauf Cabbarov pauza verib VAR-ın xidmətinə ehtiyac duyduğunu bildirdi.

VAR-dakıların epizodu incələməsi xeyli vaxt apardı. Hardasa 3 dəqiqə.

Bu müddətdə Qəbələdən gələn azarkeşlərdən Elvin adlı şəxs hakimdən penalti tələb edir, topun cərimə meydançasında rəqib futbolçunun əlinə dəydiyini inamla bildirirdi.

Elvinin baş hakimə ünvanladığı sözlər eşidənlərin gülüşünə səbəb oldu:

“Rauf, nə dayanmısan, get özün VAR-a bax da. Bizi yaradana and olsun ki, penaldır. Deyirəm, penaldır, eşitmirsən? Gəl telefonda göstərim sənə, orada penal var, yoxsa yox. Gəl də, gəl bax”.

Referidən reaksiya gəlməyincə, stajlı fanat bu dəfə “Səbail”in oyunçusu Adi Mehremiçlə qısa dialoq qurub üzünü yenidən Cabbarova tutdu:

“Ay kişi, “Səbail”in futbolçusu da deyir ki, penaldır. İnanmırsan, özündən soruş”.

Mehremiç Elvinin nə dediyini tam başa düşməsə də, söhbətin ümumi məğzindən xəbərdar idi. Bosniyalı müdafiəçi bir hakimə baxdı, bir də tribunaya. Reaksiyası nə oldu? Gülümsəmək.

VAR-dan gələn cavab “penalti yoxdur” olunca, fanat coşdu, nə coşdu. O, hirsini Rauf Cabbarova bir daha Qəbələyə gəlməməyi tövsiyə etməklə soyutmağa çalışdı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA