Şeydayev döyüldü və ağlasığmaz cəza aldı - VİDEO+FOTOLAR

11 Dekabr 2023 13:20 Qalmaqal 1 348
Şeydayev döyüldü və ağlasığmaz cəza aldı - VİDEO+FOTOLAR

“Buriram Yunayted”də (Tailand) çıxış edən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun Asiya Çempionlar Liqasında Çinin “Çjetszyan” klubu ilə keçirilən səfər oyunundan sonra dava-dalaşda iştirak etməsi olub.

Rəqib futbolçu ilə əlbəyaxa olan forvard Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib. Həmçinin onun iki komanda yoldaşı 6 matçlıq cəza alıb.

“Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub.

Şeydayev rəqib komandanın bir çox futbolçusunun fiziki hücumuna məruz qalıb.

Davaya görə Ramil Şeydayevə ağır cəza verildi - Şəkillər





Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!