QALMAQAL! Legioner qapıçı ilə azərbaycanlı inzibatçı arasında münaqişə - VİDEO

11 Dekabr 2023 16:40 Qalmaqal 2 321
QALMAQAL! Legioner qapıçı ilə azərbaycanlı inzibatçı arasında münaqişə - VİDEO

“Zirə” - “Araz-Naxçıvan” qarşılaşmasından qol səsi çıxmadı.

“Qartallar” ilk dövrədə məğlub olduğu rəqibini doğma meydanda da üstələyə bilmədi.

Oyundan sonra komandaların futbolçuları öz azarkeşlərinin önünə gedib onlara təşəkkür etdiyi anda meydanda bir anlıq emosiyalar yüksəldi.

“Zirə”nin Emin adlı inzibatçısı rəqib qapıçısı Kristian Avramın üzərinə yeriyib ona nəyisə başa salmaq istəyirdi. Ətrafdakılar söz atışmasının sillə-təpik davasına çevrilməsinin qarşısını vaxtında alsalar da, Eminin əsəbləri soyumaq bilmirdi.

Moldovalı qapıçı ona nə demişdisə, inzibatçı özünə gəlməkdə çətinlik çəkirdi. Ehtiyat oyunçular skamyasına tərəf getdi, əynindəki gödəkçəni çıxarıb geri qayıdanda, qarşısında bu dəfə Rail Məlikovu gördü.

“Araz-Naxçıvan”ın məşqçisi rəqib komandanın inzibatçısı ilə bir qədər söhbət edəndən sonra Emini sakitləşdirmək mümkün oldu.

Və beləliklə, mümkün insidentin qarşısı vaxtında alındı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA