
İkinci liqanın 13-cü turunun maraqlı qarşılaşmalarından biri Sumqayıtda keçirilib.
"Kapital Bank Arena"nın ehtiyat meydançasında "Qusar" - "Sheki Cty"ni qəbul edib.
Qonaqlar ilk hissəni 1:0 öndə tamamlasa da, fasilədən sonra iki qol vuran Qusar təmsilçisi 3 xalı aktivinə yazdıra bilib.
Qarşılaşmanın 86-cı dəqiqəsində olanlar isə sosial şəbəkələrin əsas gündəmi olub.
Belə ki, "Qusar"ın 57 nömrəli hücumçusu Eşqin Tağıyev rəqib futbolçuya qarşı təcəvüzkar davranışla yadda qalaraq meydandan qovulub.
Deyəsən, o, futbol meydanı ilə tatamini səhv salıb.
Onun topu itirdikdən sonra rəqib oyunçuya atdığı təpik daha çox Taekvondo yarışlarında yaşanır.
Tağıyevin hərəkəti sosial şəbəkə izləyiciləri tərəfindən kəskin qınanıb.
Eşqin həm də minifutbol üzrə Azərbaycan millisinin üzvüdür.
O, son Dünya Çempionatında da millimizin şərəfin qoruyub.
SPORTİNFO.AZ