COP29

Azərbaycan futbolunda GÜNÜN QALMAQALI! Hakimlər meydandan qaçdı - VİDEO

31 Oktyabr 2023 23:00 Qalmaqal 3 778
Azərbaycan futbolunda GÜNÜN QALMAQALI! Hakimlər meydandan qaçdı - VİDEO

Bu gün Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

Hadisə II Liqanın «Göygöl» - «Şəki Siti» qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları «fit sahibləri»nə təzyiq göstərib.

Döyüləcəklərindən qorxan «ədalət təmsilçiləri» final fitini səsləndirmədən hakimlər otağının yolunu tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"